2034
02:09
12 Yanvar 2020

Sumqayıtda naməlum avtomobillə vurularaq öldürülən piyadanın meyiti aşkar olunub

Sumqayıtda yol kənarənda meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə ərazisindən keçən avtomobil yolunun kənarında təxminən 50-55 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitə keçirilən baxış zamanı onun avtomobillə vurulduğu müəyyən edilib. Piyadanı vuran şəxs hadisə yerindən yayınıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Öləni şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağı araşdırma aparılır.