Yeni nəqliyyat vasitəsi yaradıldı - "S-Pod"
09 yanvar 2020 19:34 (UTC +04:00)

Yeni nəqliyyat vasitəsi yaradıldı - "S-Pod"

"Segway" şirkətinin mühəndisləri yeni nəqliyyat vasitəsi – yumurta formasında kreslo kapsul yaradıblar. 

Lent.az "ictnews"a istinadən xəbər verir ki, özünü balanslaşdıran yumurta formasında "S-Pod" elektrik kapsulu istifadəçiyə bədəni əymədən qurğunu idarə etməyə imkan verir. "S-Pod" hərəkət zamanı oturmağa imkan verir, sürətin və istiqamətin idarə edilməsi isə oturacağa quraşdırılmış coystiklə həyata keçirilir.

"S-Pod" saatda 38 km sürətlə hərəkət edə bilər. Bu halda hələ ki kapsulun avtonom işləmə müddəti bilinmir. "S-Pod" kapsulunun tam təqdimatı və satışa çıxarılması 2020-ci ilin üçüncü rübündə olacaq.

# 804
avatar

Oxşar yazılar