Özəl telekanallar seçkilərlə bağlı ödənişli təşviqatda iştirak etməyəcək
09 yanvar 2020 16:10 (UTC +04:00)

Özəl telekanallar seçkilərlə bağlı ödənişli təşviqatda iştirak etməyəcək

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulan KİV-lər məlum olub.

APA-nın Mrəkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və bir televiziya müraciət edərək qeydiyyatdan keçib.

Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051

Oxşar yazılar