Əməkdar artist Nüşabə Ələsgərli ötən ay nişanlanan qızı Nigarın toyunun vaxtını açıqlayıb.
Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, toy bir neçə ay sonra olacaq:
“Oğlum Avropada magistraturadadır. Onun tətilini gözləyirik. Tətilə gəlsin, yayda qızımın toyu olacaq. Oğlum Orxan 1996-c il, qızım Nigar isə 1997-ci ildəndir. Oğlum evlənəndən sonra gəlinim məni saxlayacaq. Qocalanda mənə gəlinim baxacaq. Gəlin gələcək, mənim qızım olacaq. Çatışmayan xüsusiyyətim səbirsizlikdir. Bu xüsusiyyətimi yola versələr, yaxşı qız oluram”.
Qeyd edək ki, ifaçının qızı Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı türkiyəli Gino adlı şəxs isə aşpazdır.