Tövlədə gizlədilən silah tapıldı - FOTO
09 yanvar 2020 09:28 (UTC +04:00)

Tövlədə gizlədilən silah tapıldı - FOTO

Quba sakinindən qanunsuz saxladığı silah götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Bölməsinin əməkdaşları qanunsuz silah saxlayan şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar