Terror hücumunda 4 türk hərbçi şəhid olub
09 yanvar 2020 04:15 (UTC +04:00)

Terror hücumunda 4 türk hərbçi şəhid olub

 

 

Türkiyənin Barış bulağı hərbi əməliyyatları çərçivəsində 4 türk hərbçisi şəhid olub. 

APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Şanlıurfa vilayətinin Ceylanpınar rayonuna qonşu olan Suriyanın Rasulayn bölgəsindəki Türkiyənin nəzarət nöqtəsinə içərisində bomba yerləşdirilmiş avtomobillə terror hücumu olub. Avtomobildəki təhlükənin qarşısını almaq üçün yaxınlaşan 4 hərbçi güclü partlama nəticəsində ölüb.

 

# 813
avatar

Oxşar yazılar