812
03:21
09 Yanvar 2020

Bakıda kişi başına daşla vurularaq döyülüb

Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə "Çıraq" restoranının yaxınlığında qeydə alınıb.

Belə ki, 45 yaşlı Orucov Elşən Elxan oğlu naməlum şəxslərlə mübahisə edib. Bu zaman naməlum şəxslər E.Orucovun başına daşla vuraraq ona ağır xəsarət yetiriblər.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.