İki qadının bank hesabından pul oğurladı
08 yanvar 2020 19:06 (UTC +04:00)

İki qadının bank hesabından pul oğurladı


Lənkəranda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Kazımovanın bank hesabından 152 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Bürcəli kənd sakini Ş.Əşrəfovanın 301 manatını eyni üsulla oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1687

Oxşar yazılar