Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı
07 yanvar 2020 19:11 (UTC +04:00)

Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Balakən rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq olması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin əvvəllər də məhkum olunmuş rayonun Tülü kənd sakini Pərviz Umudov, həmkəndlisi Zamiq Osmanov və Balakən şəhər sakini Anar Qarayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ötən ilin noyabr ayından bu ilin yanvar ayınadək olan müddətdə 3 ayrı-ayrı evdən televizorlar və müxtəlif əşyalar oğurlayıblar.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar