Merkel Rusiyaya səfər edəcək
06 yanvar 2020 14:40 (UTC +04:00)

Merkel Rusiyaya səfər edəcək

Yanvarın 11-də Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda Almaniya kanslerinin Rusiyaya işgüzar səfəri çərçivəsində Vladimir Putinlə beynəlxalq gündəmdə olan aktual mövzuları, o cümlədən Suriya və Liviyadakı vəziyyəti, yanvarın 3-də ABŞ-ın Bağdada endirdiyi raket zərbələri nəticəsində Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələləri müzakirə edəcəyi bildirilib.

Bundan başqa, Merkellə Putinin Ukraynanın cənub şərqindəki münaqişə ətrafında fikir mübadiləsi aparacağı da qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3495

Oxşar yazılar