Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş  - VİDEO
05 yanvar 2020 19:56 (UTC +04:00)

Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş - VİDEO

Türkiyə Müdafiə Nazirliyi Sarıqamış hərəkatının 105-ci ildönümü ilə əlaqədar videoçarx hazırlayıb.

Lent.az bildirir ki, “Zamanı donduraraq tarix yazanların xatirəsinə” ithaf olunan “Sarıqamış” adlı ekran əsəri Nazirliyin rəsmi internet səhifəsində yayılıb.

Videoçarxda Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusuna aid, eləcə də Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin müasir görüntülərini əks etdirən kadrlar yer alıb.

Sarıqamış şəhidlərinin xatirəsinə ehtiram olaraq ölkə ərazisində yürüşlər təşkil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5574

Oxşar yazılar