Rusiyada yol qəzasında bir ailənin 5 üzvü ölüb
05 yanvar 2020 04:30 (UTC +04:00)

Rusiyada yol qəzasında bir ailənin 5 üzvü ölüb

Rusiya Federasiyasının Tümen bölgəsində 5 nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə yol polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə “DAF” markalı yük maşını qarşı tərəfdən gələn "Lada X-Rey "markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Lada X-Ray"ın sürücüsü və dörd sərnişini ölüb. Onlardan üçü azyaşlıdır. Ölənlərin hamısının bir ailənin üzvü olduğu bildirilib.

İlkin məlumata görə, hadisəyə qarlı hava şəraiti səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5049

Oxşar yazılar