Arnold Şvartseneggerdən kədərli AÇIQLAMA
03 yanvar 2020 11:52 (UTC +04:00)

Arnold Şvartseneggerdən kədərli AÇIQLAMA


"Terminator filminin qalmaqallı uğursuzluğundan sonra Arnold Şvartsenegger pərəstişkarlarına müraciət edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 72 yaşlı aktyor üçün nə qədər ağrılı olsa belə, kinodan həmişəlik getmək qərarına gəlib. 

Məlum olduğu kimi, filmin altıncı hissəsinin xərci çətinliklə ödənilib. “Terminator: Qaranlıq talelər ”cəmisi 250 milyon dollar toplayıb. Filmin istehsalı və reklamına isə 230 milyon dollar sərf olunub. 

Yaradıcıların fikrincə, bu cür nəticələr yeddinci və səkkizinci hissələrin çəkilişlərinin lüzumsuz olduğu qənaətinə gətirib. Rejissor bu qədər uğurlu bir filmin indi autsayder olmasından təəccüblənib. 

Arnold Şvartsenegger də izləyicinin filmin yeni hissəsini bəyənməməsindən çox narahat olub.

Beləliklə, “Terminator”un ulduzu fəaliyyətini başa vurur. 72 yaşlı aktyor etiraf edib ki, artıq karyerasını başa vurub özü haqqında düşünmək vaxtıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23700

Oxşar yazılar