Runi İngiltərəyə qayıtdı və ilk qələbəsini qazandı
03 yanvar 2020 11:17 (UTC +04:00)

Runi İngiltərəyə qayıtdı və ilk qələbəsini qazandı

0


İngiltərəyə qayıdan futbolçu Ueyn Runi ilk qələbəsini qazanıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hücumçu “Derbi Kaunti”nin heyətində “Barnsli”yə qarşı oyunda debüt edib. 

Çempionşipin 26-cı turunun oyunu (statusuna görə İngiltərə futbol diviziyasında ikinci) Derbi komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.  

Cərimə zərbəsini yerinə yetirən Ueyn Runi Cek Marriottun vurduğu qolun ötürməsi ilə fərqlənib. 

Runinin komandası hazırda Çempionşipdə 17 xalla turnir cədvəlinin 17-cı sırasındadır. Turnirdə ümumilikdə 24 komanda iştirak edir. 

İngiltərəli forvard “Derbi Kounti” ilə hələ 2019-cu ilin yayında müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, Ueyn Runi həm məşqçi, həm də oyunçu kimi çıxış edəcək.  

Oyunçu son iki ildə Amerikanın “Di Si Yunayted” komandasında çıxış edib. İngiltərəli MLS-də 48 oyun keçirib və 23 qol vurub. 

Ueyn Runi “Mançester Yunayted” klubunda çıxışı ilə daha çox tanınıb. O, həmin komandanın heyətində 5 dəfə İngiltərə Premyer-liqasının qalibi olub. 2008-ci ildə isə Çempionlar liqasını qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3670

Oxşar yazılar