Hillari Klinton rektor seçildi
02 yanvar 2020 19:39 (UTC +04:00)

Hillari Klinton rektor seçildi

ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru olub.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, o, 5 il müddətinə sözügedən  ali təhsil müəssisəsinə rəhbərlik edəcək.

Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan keçmiş dövlət katibi universitetin ilk qadın rektoru olacaq.

Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569

Oxşar yazılar