MDB ölkələrinin uğurlarından bəhs edən silsilə sənədli filmlər çəkiləcək
02 yanvar 2020 10:29 (UTC +04:00)

MDB ölkələrinin uğurlarından bəhs edən silsilə sənədli filmlər çəkiləcək

Özbəkistanda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin qazandığı uğurlardan bəhs edən silsilə sənədli filmlər çəkiləcək.

Lent.az  xəbər verir ki, bu haqda “Özbəkkino”nun baş direktoru Firdavs Abduxalikov mətbuata açıqlamasında bildirib.

O deyib ki, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevlə Daşkənddə keçirilən görüşündə bu məsələlər geniş müzakirə olunub. F.Abduxalikov vurğulayıb ki, filmlərdə 2020-ci ildə Özbəkistanla MDB dövlətləri arasında əməkdaşlıqdan da bəhs olunacaq və bu ekran əsərləri birlik ölkələrinin dövlət kanallarında nümayiş etdiriləcək.

Onun sözlərinə görə, MDB dövlət başçılarının Daşkənddə keçiriləcək sammitində nümayiş etdiriləcək 10 dəqiqəlik sənədli film də çəkiləcək. (AZƏRtac)

# 963
avatar

Oxşar yazılar