Asan hazırlanan yeni il tortu: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
31 dekabr 2019 11:00 (UTC +04:00)

Asan hazırlanan yeni il tortu: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla asan hazırlanan yeni il tortu ilə tanış edəcəyik.

Tərkibi:

4 yumurta, 225 qr şəkər tozu, 100 ml duru yağ, 170 ml süd, rəndələnmiş 1 limon qabığı, 1/2 limon şirəsi, 1 bağlama şəkərli vanil, 250 qr un, 1 bağlama qabartma tozu.

Kremi üçün 500 ml portağal və limon suyu, 50 qr qarğıdalı nişastası, 200 qr şəkər tozu.

Bəzəyi üçün, 2 xörək qaşığı kakos qırıntısı, 20 qr ağ şokolad, 20 qr qara şokolad.

Hazırlanması:

Qaba yumurtanı və bir çimdik duz əlavə edib çalırıq. Sonra şəkər tozuna, vanili əlavə edib yavaş-yavaş çaldığımız yumurtanın içərisinə tökürük. Daha sonra duru yağı əlavə edib qarışdırırıq. Sonra südü və rəndələnmiş limon qabığını əlavə edib çalırıq. Qabartma tozunu un ilə qarışdırıb qarışıma tökürük. Xəmir hazır olduqda bişirəcəyimiz qaba əlavə edib 180 dərəcədə 50 dəqiqəyə yaxın bişiririk. Tort bişdikdən sonra sobadan çıxarıb ortadan iki yerə ayırırıq. Sonra kremimizi hazırlayırıq. Bunun üçün qaba limon şirəsini əlavə edib ocağa qoyuruq. Daha sonra qarğıdalı nişastası ilə şəkər tozunu birlikdə qarışdırırıq. Şirə qaynamağa başlayanda nişasta ilə şəkər tozunun qarışımını şirəyə əlavə edirik. Kremi hazırlayandan sonra isti-isti torta çəkib,bəzəməyə başlayırıq. Bəzək üçün ağ şokoladı qar dənəcikləri, qara şokoladı isə yolka ağacı şəklində düzəldib tortun üstünə düzürük, kənarlarını isə kokosla bəzəyib süfrəyə veririk.

Nuş olsun!

 

 

 

# 6493
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar