Dekabrın 16-da Lənkəran rayonu, Parakənd kənd sakini N.Quliyev həmkəndlisi İ.Mirzəyevin evi istiqamətində tüfəngdən 2 dəfə atəş açıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, daxil olan məlumat əsasında Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Quliyevdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.