ATV-yə yeni İcraçı direktor təyin olundu
30 dekabr 2019 12:01 (UTC +04:00)

ATV-yə yeni İcraçı direktor təyin olundu

ATV-də yeni təyinat olub.

Telekanalın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov, bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.

İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.

# 2002
avatar

Oxşar yazılar