Kanadada yaşayış binasında atışma olub, 1 nəfər ölüb
30 dekabr 2019 02:26 (UTC +04:00)

Kanadada yaşayış binasında atışma olub, 1 nəfər ölüb

 

 

 Kanadanın Toronto şəhərində fərdi yaşayış evində silahlı insident baş verib. 

APA yerli CTV telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb. 

Hadisə şəhərin şərq hissəsində qeydə alınıb. Əraziyə gələn polis əməkdaşları atışmanın baş verdiyi mənzildə bir nəfərin meyitini aşkar edib. Onun şəxsiyyəti müəyyən edilməyib. 

Polis tərəfindən hadisəni törədənlərdən hələlik heç kimin saxlanılmadığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar