496
19:27
29 Dekabr 2019

Xaçmazda zəncirvarı yol qəzasında 2 nəfər xəsarət aldı

Xaçmazda zəncirvarı yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, yol qəzası Gəndob-Yalama yolunun 16-cı kilometrliyinin rayonun Qaradağ-buduq kəndindən keçən hissəsində qeydə alınıb.

Yol qəzası zamanı “Lexus”, “Mersedes” markalı minik avtomobilləri ilə “Hundai” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində “Mersedes”in sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.