762
18:26
29 Dekabr 2019

Bu il DİM-in fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yerləri yaradılıb

Dövlət İmtahan Mərkəzində (DIM) DİM-in fəaliyyəti ilə əlaqədar ilin yekunlarına dair tədbir keçirilib.

DİM-dən Lent.az -a verilən məlumata görə, tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2019-cu il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 571 mindən yuxarı olub. DİM-in tətbiq etdiyi elektron xidmətlərdən istifadə sayı isə 7 milyondan çox olub. Mərkəzin saytı iki müxtəlif domen adı altında fəaliyyət göstərməsinə baxmayaraq ilin 9 ayının yekunlarına əsasən həm toplam, həm də unikal giriş sayına görə 1-ci yeri tutub. Bu il tətbiq olunan qəbul qaydalarından danışan sədr qeyd edib ki, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanları yeni model əsasında keçirilib və bu yanaşma bizə iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni imkanlar əldə etməyimizə şərait yaradıb. Yeni modelə əsasən bu il 370000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb. Bu il DİM-in fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yerləri yaradılıb və həmin işlərdə çalışan əməkdaşlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib.

Dİgər xəbərlər