
"Azərbaycanda qida yağlarının tərkibində trans yağların həddi yüksəkdir" - RƏSMİ
“Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 faiz təşkil edir: “İstəyirik ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə trans yağlarının yuxarı həddini 2 faiz edək. Bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”.
Q. Təhməzli qeyd edib ki, trans yağlarla bağlı müvafiq normativ hüquqi sənədlər hazırlanır: “Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

Oxşar yazılar

Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54