Azərbaycanda qaz sayğacları ilə bağlı qanun qəbul olunacaq
29 dekabr 2019 15:36 (UTC +04:00)

Azərbaycanda qaz sayğacları ilə bağlı qanun qəbul olunacaq

"Azərbaycanda qaz sayğaclarının mühafizəsinə dair müvafiq qanunvericilik hazırlanıb".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu sənəd müvafiq orqanlar tərəfindən baxılır və yaxın vaxtlarda qanun layihəsinin təsdiq olunması gözlənilir.

"Qeyd edim ki, əgər əvvəllər sayğaca hər hansı müdaxilə olduqda məsuliyyət bütün hallarda vətəndaşın üzərinə düşürdüsə, 2018-ci ilin dekabrından məhkəmənin rəyi olmadan heç bir müdaxilə "Azəriqaz"a dəyən ziyan kimi hesablanmır. Bu, həm əhali, həm də qeyri-əhali istifadəçi qrupuna aiddir", - R. Əliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2510

Oxşar yazılar