1768
12:59
28 Dekabr 2019

"Onlar "pokazuxa"lıqla məşğul olublar" - AMEA prezidenti

"Hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir".

APA-nın məlumatına görə, bunu AMEA-nın Ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir: "Təəssüf ki, bu günə kimi Akademiya bu məsələlərdən kənarda qalıb". R.Mehdiyev qeyd edib ki, yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında işlər müasir tələblər səviyyəsində qurulmayıb: "Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar. Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırkı şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığıdır". R.Mehdiyev əlavə edib ki, bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir.