Psixoloqların diaqnostik qiymətləndirilməsi bu gün başa çatır
28 dekabr 2019 09:04 (UTC +04:00)

Psixoloqların diaqnostik qiymətləndirilməsi bu gün başa çatır

Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatır.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, diaqnostik qiymətləndirmə dekabrın 24-də başlayıb.

İmtahanda 2700-dək psixoloq iştirak edir. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907

Oxşar yazılar