Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
28 dekabr 2019 06:29 (UTC +04:00)

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

 

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində sürücünün ölmü ilə nəticələnən hadisə baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, Astara rayon sakini, 1977-ci il təvəllüdlü İlham Nail oğlu Bayramov “Mercedes” markalı iritutumlu yük maşınını təmir etmək məqsədilə yol kənarında saxlayıb. Bu zaman maşına quraşdırılmış qaldırıcı kran qırıldığından sürücü avtomaşının altında qalaraq

dünyasını dəyişib. Yük maşının altında sıxılıb qalmış sürücünün meyiti Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza xilasetmə bölməsinin əməkdaşları tərəfindən çıxarılaraq

aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344

Oxşar yazılar