16:54
27 Dekabr 2019

YAP hansı dairələrdən namizəd irəli sürməyib? - Siyavuş Novruzov açıqladı

“YAP 123 dairədən namizəd irəli sürüb”.

Lent.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, partiya həm gənclərin, həm də qadınların bütün seçkilərdə iştirakına üstünlük verib:

“Siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb. Cəmi iki dairədən namizəd irəli sürməmişik. Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizədimiz yoxdur. Qalan bütün dairələrdən namizədlərimiz var”.

S. Novruzov deputat həmkarlardan bəzilərinin siyahıdan kənarda qalmasına da münasibət bildirib:

“Bu, qərar YAP idarə heyətinin qərarıdır. Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Kim maraqlanırsa, oradan götürə bilər”.

Dİgər xəbərlər