858
16:39
27 Dekabr 2019

Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq endiriləcək

Təyyarə qəzası ilə bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endiriləcək.

Bu barədə APA -ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də səfirlikdə bayraq yarıya qədər endiriləcək, lakin başsağlığı kitabı açılmayacaq.

Qeyd edək ki, təyyarə qəzası ilə əlaqədar sabah Qazaxıstanda matəm elan olunub.

Xatırladaq ki, bu gün Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.