“15156 bələdiyyə üzvlüyünə 15154 nəfər seçilib” - Sədr
26 dekabr 2019 17:35 (UTC +04:00)

“15156 bələdiyyə üzvlüyünə 15154 nəfər seçilib” - Sədr

Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 15156 bələdiyyə üzvlüyünə 15154 nəfər artıq seçilib. 

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.  MSK sədri bildirib ki, digər 2 namizədin səsi isə bərabərdir və buna görə də onlar seçilməmiş sayılır:  "Hazırda bu istiqamətində araşdırmalar gedir və  sonda nəticələr dəyişə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450

Oxşar yazılar