Bir qədəh  şampan sağlamlığa ziyan vururmu? – AÇIQLAMA
26 dekabr 2019 19:55 (UTC +04:00)

Bir qədəh şampan sağlamlığa ziyan vururmu? – AÇIQLAMA

 

Yeni il gecəsi bir qədəh şampan insan sağlamlığına əhəmiyyətli zərər verməyəcək, lakin güclü alkoqoldan imtina etmək və tamamilə təhlükəsiz bir spirt dozası olmadığı üçünhətta az alkoqollu içkilərdən sui-istifadə etməmək daha yaxşıdır.

Lent.az RİA Novosti-yə istinadla bildirir ki, həkimlərin fikrincə, hər bir insan spirtə qarşı fərdi dözümsüzlüyünün olub-olmadığını bilməli və düşünməlidir, bundan asılı olaraq spirtli içki qəbul edib-etməməyinizə qərar verməlisiniz.

Həkimlər eyni zamanda qeyd edirlər ki, təhlükəsiz bir alkoqol dozası yoxdur: bir insan nə qədər çox içki içirsə, bədənə o qədər zərər verir.

“ İnsan özü üçün qərar verir. Alkoqolun hansı dozasının zərərsiz olduğunu deyə bilmərik. Yalnız sui-istifadə etməməyi və güclü içkilərdən uzaq olmağı tövsiyə edə bilərik”, - həkimlər vurğulayıblar.
  

# 10805
avatar

Oxşar yazılar