524
10:35
25 Dekabr 2019

İrandan daxili orqanlarında narkotik keçirən qadın saxlanıldı

Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.