Anası oğlunu zibilliyə atdı: Milyarder oldu
24 dekabr 2019 19:39 (UTC +04:00)

Anası oğlunu zibilliyə atdı: Milyarder oldu


1989-cu ildə Floridada oğlan uşağı doğulub, lakin anası onu zibil yeşiyinə atır.

Lent.az xarici mediaya istinadla bildirir ki, köməksiz vəziyyətdə olan kğrpəni ərazidən keçənlər tapıblar və dərhal polis çağırıblar. Uşaq tibb müəssisəsinə gətirilib.

Məlumata görə, körpə zibil yeşiyində aşkarlananda həyatı üçün təhlükə törətməyən yüngül xəsarətləri olub. Tezliklə onun üçün yeni sevən ailə axtarılıb.

Natan və Betti Fiqqerslərin yeni valideynləri olurlar. Freddi Fiqqersin sözlərinə görə, uşaqlığı həyatında onun üçün ən çətin dövrü idi. Tanışları zibil yeşiyindən tapıldığını öyrənəndən sonra ona “zibil” deməyə başlayıblar.

Hər iki valideyni bütün bunlar haqqında böyüyəndən sonra danışıblar. O, həyat hekayəsindən utanırdı. Üstəlik, Freddi bundan çox narahat idi.

Freddinin 9 yaşı olanda atası ona sınmış Mac kompüteri alır. Bunun sayəsində Freddi həyatını texnologiya ilə bağlamaq niyyətində olduğunu başa düşür. 13 yaşında o, artıq bütün şəhərdə kompüterləri sərbəst düzəldirdi. 15 yaşında isə mürəkkəb avadanlıqların təmiri ilə məşğul olan öz şirkətini qurur. Düzdür, şirkət evindəki qonaq otağında yerləşirdi.

Bir müddət sonra gənc, çəkmələrə qoşulan GPS izləyicisini ixtira edir. Əvvəlcə, sadəcə yaşlı valideynlərinin harada olduğunu bilmək istəyir. Lakin bu texnologiya bazarda tələbə çevrilir, bunun üçün Freddi 2,2 milyon dollar qazanır. Freddi indi sadəcə zibil qutusunda tapılan bir oğlan deyil. O, böyük Figgers Wireless telekommunikasiya şirkətinin rəhbəridir. 2017-ci il qiymətləndirməsinə görə, firmanın dəyəri 62 milyon dollardan yuxarıdır.

Bundan əlavə, Freddi valideynlərinin şərəfinə özünün The Figgers Founation vxeyriyyəçilik fondunu yaradıb. Biznesmenin fikrincə, onlarsız heç kim olardı.

“Bir insanın edə biləcəyi ən yaxşı şey başqasına müsbət təsir göstərməkdir”, - Freddi Fiqqers söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137

Oxşar yazılar