Bolqarıstandan olan 22 yaşlı Andrea İvanova böyük dodaqlar istəyib.
Lent.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, təəssüf, ya da şükürlər olsun ki, təbiət onu istədiyi dodaqlar ilə mükafatlandırmayıb. Buna görə, qız bir kosmetoloq köməyi ilə onları düzəltməyə qərar verib.
Qeyd etmək lazımdır ki, xoşuna gələcək bir nəticəni əldə etmək üçün onu heç nə dayandırmaq gücündə deyil.
Andrea bu ilin sentyabr ayında dodaqlarına 15 iynə vurdurub. O, dayanmağa hazırlaşmadığını da bəyan edib. Hətta artıq təkrar iynə vurdurmağa da hazır olub. Bundan sonra iki prosedurdan keçib.
Sofiya universitetində alman filologiyasını öyrənən tələbə dodaqlarına daha iki iynə vurdurmağı planlaşdırır, ümumilikdə isə 17 prosedur artıq başa çatıb.
Andreanın dodaqlarını böyütməsinə nə qədər pul xərclədiyi məlum deyil. Bu prosedur isə ötən ildən başlayıb. Qızın sözlərinə görə, bu cür xarici görünüşü ilə özünü xoşbəxt hiss edir. Üstəlik, indi görünüşü ilə həqiqətən xoşbəxtdir.
Andrea əmindir ki, məhz bu cür dodaqları onu cəlbedici edir, çünki ona diqqət yetirməyə başlayıblar, bu da təəccüblü deyil.
Tələbə qızın Instagramda xüsusi səhifəsi var. Onun həyatını 15 mindən çox insan izləyir.
O, tez-tez tənqid də olunur, bu da təəccüblü deyil. Axı, onun görünüşü qeyri-standartdır. Çoxları hətta qızın özünə inam problemi olduğunu da irəli sürürlər.