Somalidə hərbi bazaya hücum: 7 əsgər, 4 terrorçu ölüb
24 dekabr 2019 03:20 (UTC +04:00)

Somalidə hərbi bazaya hücum: 7 əsgər, 4 terrorçu ölüb

 

Bazar ertəsi Əl-Qaidə terror qruplaşmasının əl-Şababa aid silahlıları Somalinin cənub-qərbində yerləşən hərbi bazaya hücum edib. 

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, hücum zamanı 7 nəfər əsgər ölüb, bir neçə nəfər isə yaralanıb.

Ordu səlahiyyətlisi Hassan İsak hərbi bazaya terror qruplaşması tərəfindən hücum edilməsini təsdiqləyib. 

Terrorçular bir neçə hərbi və mülki nəqliyyat vasitəsini də yandırıblar. Qarşıdurma zamanı dörd terrorçu öldürülüb.

Qeyd edək ki, terrorçuların hücumuna məruz qalan hərbi baza Baidoa şəhərindən 30 kilometr məsafədə yerləşir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar