Kavani “Atletiko”da oynaya bilər
23 dekabr 2019 14:01 (UTC +04:00)

Kavani “Atletiko”da oynaya bilər

Uruqvay millisinin futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Fransanın PSJ klubunun hücumçusu “Atletiko” ilə anlaşıb.

Madrid klubu 32 yaşlı forvardla 3 illik müqavilə barədə razılıq əldə edib. Lakin transferin gerçəkləşməsi üçün İspaniya təmsilçisi bir neçə futbolçusunu satmağa məcburdur ki, maaş həddini aşmasın. “Atletiko” 2020-ci ilin yayında parislilərlə müqaviləsi başa çatan E.Kavanini qışda heyətə qatmaq üçün Liqa1 təmsilçisi ilə də razılıq əldə etməlidir.

Qeyd edək ki, uruqvaylı hücumçu 2013-cü ildən PSJ-nin formasını geyinir.

# 838
avatar

Oxşar yazılar