730
12:55
22 Dekabr 2019

Azərbaycanda 1 milyondan çox yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçici var

Azərbaycanda artıq milyon yarımdan çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib, onların milyondan çoxu seçicilərdir.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib

O bildirib ki, son nəsil şəxsiyyət vəsiqəsində ünvan və verilmə tarixi yoxdur: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini çip oxuyan qurğu ilə təmin etmişik. Yəni, 118 dairə üzrə 5049 məntəqə çip oxuyan cihazla təmin olunub”.