Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı AÇIQLANDI
20 dekabr 2019 16:27 (UTC +04:00)

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı AÇIQLANDI

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dörd partiyanın – Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın – Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328

Oxşar yazılar