Azərbaycan Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
20 dekabr 2019 13:51 (UTC +04:00)

Azərbaycan Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub

Turkiyədə Konyanin 5-ci İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq təntənəli imzalanma mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, mərasimdə Türkiyənin İdman və gənclər naziri, ölkənin Olimpiya Komitəsinin prezidenti, Konya şəhər bələdiyyəsinin rəhbəri, idman federasiyalarının prezidentləri və diplomatik korpusların nümayəndələri iştirak ediblər. Azərbaycandan ölkəni İslam Həmrəylik Federasiyasının İcraiyyə Komitəsinin yeganə xanım üzvü, qurumun İdmanda Gender Bərabərliyi komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib. Tədbir zamanı 5-ci İslam Həmrəylik Oyunlarının Loqo təqdimatı keçirilib.

Könül Nurullayeva Bakıda keçirilən 4-сü İslam Həmrəyliyi oyunlarının təşkilatı prosesində Azərbaycanın tətbiq etdiyi modellərdən danışıb, uğurun əsasını təşkil edən könüllülük fəaliyyətindən bəhs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539

Oxşar yazılar