Ermənistanda hərbi komissarlığın döşəməsi çökdü: 11 nəfər xəsarət alıb
19 dekabr 2019 19:10 (UTC +04:00)

Ermənistanda hərbi komissarlığın döşəməsi çökdü: 11 nəfər xəsarət alıb

 

Ermənistanın paytaxtı İrəvanda hərbi komissarlığın yerləşdiyi binanın döşəməsi çöküb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə binanın birinci mərtəbəsində qeydə alınıb, nəticədə 11 nəfər xəsarət alıb.

Döşəmənin çökməsinə binanın köhnə olması səbəb kimi göstərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1637

Oxşar yazılar