Diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı YENİ MƏLUMAT
19 dekabr 2019 18:47 (UTC +04:00)

Diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı YENİ MƏLUMAT

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmə cari ilin dekabrın 24-28-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584

Oxşar yazılar