Ronaldo 2,56 metr hündürlükdən qol vurdu
19 dekabr 2019 12:20 (UTC +04:00)

Ronaldo 2,56 metr hündürlükdən qol vurdu

“Yuventus”un futbolçusu Kriştianu Ronaldo diqqət mərkəzinə düşüb.

Lent.az-ın məlumatına görə, portuqaliyalı superulduz vurduğu qolla gündəmi zəbt etməyi bacarıb.

34 yaşlı hücumçu İtaliya çempionatının 17-ci turunda "Sampdoriya" ilə qarşılaşmada komandasının qələbəsində mühüm rol oynayıb. O, “Yuventus”un 2:1 hesablı üstünlüyü ilə yekunlaşan görüşün 45-ci dəqiqəsində başla qol vurub.

Diqqətçəkən məqam isə Ronaldonun qol epizodunda 71 sm tullanması və başla zərbə endirdiyi anda 2,56 sm yüksəklikdə olmasıdır.

Qeyd edək ki, Kriştianu Ronaldo 2018-ci ildən “Yuventus”un formasını geyinir.

# 1570
avatar

Oxşar yazılar