Sabahdan bu nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişir
18 dekabr 2019 18:47 (UTC +04:00)

Sabahdan bu nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin apardığı təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 19-da Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar 104 saylı müntəzəm marşrutun və digər nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452

Oxşar yazılar