Məktəbli valideynlərinin qucağında öldü - SƏBƏB
16 dekabr 2019 10:04 (UTC +04:00)

Məktəbli valideynlərinin qucağında öldü - SƏBƏB

Salyanda xəstəlikdən əziyyət çəkən azyaşlı ölüb.

Lent.az-ın məlumatına görə, dekabrın 14-də saat 13:30-da rayonun Boranıkənd kənd sakini, 7 yaşlı  Abbasov Qurban Gündüz oğlunun meyiti Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, 2-ci sinif şagirdi Qurban Abbasov dekabrın 12-də “xroniki dekompsnsə olunmuş tonzillit, adenoid” diaqnozu ilə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həmin gün cərrahiyyə şöbəsində onun üzərində “Adenotonzillentomiya” əməliyyatı keçirilib. Xəstə dekabrın 13-də saat 13:30-da evə buraxılıb. Ertəsi gün, dekabrın 14-də Qurban Abbasovun səhhəti pisləşdiyi üçün yenidən xəstəxanaya aparılanda yolda ölüb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

# 1632
avatar

Mehman Nəbiyev

Oxşar yazılar