1938
09:15
15 Dekabr 2019

Aygün Kazımovadan tamaşaçılara irad: "Çox çətindir?”

Xalq artisti Aygün Kazımova qardaşının ölümündən günlər sonra ilk dəfə tamaşaçı qarşısına çıxıb.

O, “Zima” Uşaq Musiqi Festivalı çərçivəsində yeniyetmə iştirakçı Cəlal Bəşirovla “Карие Глаза” mahnısın ifa edib.

Sənətçi ifası zamanı alqışların azalmasını görüb “Gənc dostumuzu alqışlamaq çox çətindir” deyə, tamaşaçılara irad tutub.

A.Kazımova səhnəyə qara libasla çıxıb.

(Axşam.az)