Kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlandı
13 dekabr 2019 14:29 (UTC +04:00)

Kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlandı

Mingəçevirdə kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlanıb.

Lent.az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub. Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarına əsasən, Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun Mingəçevir şəhəri, M.F.Axundov küçəsində yaşadığı evə baxış keçirilən zaman sanitar qovşaqda antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, 4 ədəd isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulka aşkar edilərək götürülüb.

İçkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.

# 1716
avatar

Oxşar yazılar