Həbs olundu, digər cinayətinin də üstü açıldı
13 dekabr 2019 11:09 (UTC +04:00)

Həbs olundu, digər cinayətinin də üstü açıldı

Bu ilin aprel ayında Şəki rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilovun törətdiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 977
avatar

Mehman Nəbiyev

Oxşar yazılar