Sərhəddə qəribə hadisə: gül çələnginin altından nələr çıxdı - FOTOLENT
13 dekabr 2019 09:45 (UTC +04:00)

Sərhəddə qəribə hadisə: gül çələnginin altından nələr çıxdı - FOTOLENT

İran vətəndaşından narkotik götürülüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilib. Bu zaman 25 bükümdə konfet bağlamanın icərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1765
avatar

Oxşar yazılar