2201
19:46
12 Dekabr 2019

Dörd ayaqlı toyuğunu 50 milyona satmaqdan imtina etdi - FOTO

İndoneziyanın Taratak kəndində (Qərbi Sumatra əyaləti) dördayaqlı cücə dünyaya gəlib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-adi quş hələ ki yalnız iki ayağı ilə hərəkət edir, əlavə iki ayaq quyruq bölgəsindədir və yerə çatmır.

Delisman adlı fermerin sözlərinə görə, o, qeyri-adi cücənin dünyaya gəlməsinə görə çox məmnundur. Fermer ona digərlərindən ayrı qayğı göstərir. Dördayaqlı cücə artıq iki aylıqdır və indoneziyalı fermer deyir ki, normal inkişaf edir.

Nadir toyuğun fotosu “Facebook”da yayılandan sonra sahibinə ona görə 50 milyon İndoneziya rupisi təklif ediblər. Ancaq satmaqdan qəti imtina edib. Onun sözlərinə görə, belə bir unikal quş yetişdirmək şansı ömründə bir dəfə ələ düşə bilər.