2 il 10 aydır dayanmadan qol buraxır
12 dekabr 2019 13:35 (UTC +04:00)

2 il 10 aydır dayanmadan qol buraxır

 

 

Ukraynanın “Şaxtyor” klubunun qapıçısı Andrey Pyatov uğursuz statistika ilə diqqət mərkəzinə düşüb. 

Lent.az-ın məlumatına görə, 35 yaşlı qolkiper avrokuboklarda 2 il 10 aydır qapısının toxunulmazlığını qoruya bilmir.

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Atalanta” ilə keçirilən matçda (0:3) da Pyatov “ənənəsinə sadiq qalıb”. Bu, Ukrayna yığmasının üzvünün avrokuboklarda ardıcıl qol buraxdığı 23-cü oyun olub. Pyatov sonuncu dəfə 2017-ci ilin fevralında Avropa Liqasında “Selta” ilə baş tutan görüşdə (1:0) qol buraxmayıb.

Qeyd edək ki, Çempionlar Liqasında C qrupunu 3-cü yerdə bitirən “Şaxtyor” Avropa Liqasında oynamaq hüququ qazanıb.

 

# 1348
avatar

Rizvan Babayev

Oxşar yazılar